RU

“Fənərbaxça” qalib gəldi KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Türkiyə Super Liqasında XXVIII tur davam edir.

KONKRET.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

“Fənərbaxça” “Beşiktaş”ı qəbul edib. Oyunun ilk hissəsi qolsuz keçib.

İkinci yarıda meydan sahibləri üstün oynayıb. Matçın əsas vaxtına artırılan 11-ci dəqiqədə “qara qartal”ın qapısına penalti təyin olunub. Kerem Aktürkoğlu həlledici məqamda dəqiq oynayıb – 1:0.

Bununla da, xallarının sayını 63-ə çatdıran “Fənər” ikinci pilləyə qayıdıb. Komanda “Qalatasaray”la xal fərqini 1-ə endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
10
konkret.az

10Источники