RU

"Hizbullah" səhvən Britaniya hərbi gəmisini VURDU

Livanın "Hizbullah" hərəkatı Britaniya hərbi gəmisinə raket zərbəsi endirib və onu səhvən İsrail gəmisi kimi müəyyən edib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "14-cü kanal"ı məlumat yayıb.

"Hizbullah" Livan sahillərindən təxminən 70 mil məsafədə yerləşən Britaniya hərbi gəmisinə "sahil-dəniz" tipli raket atıb", - deyə yayımçı qeyd edir.

Telekanal iddia edir ki, "Hizbullah" Britaniya gəmisini səhvən İsrail gəmisi zənn edib və dərhal hücum qərarı verib.

Vurğulanır ki, bu insident "Hizbullah"ın Böyük Britaniya ilə münasibətlərində mürəkkəbləşmələrə səbəb ola bilər. İlkin məlumatlara görə, zərbə nəticəsində Britaniya gəmisi zədələnib.

Избранный
25
publika.az

1Источники