RU

İsfahanda ABŞ helikopterlərinin hücumlarını dəf edərkən dörd zabit öldürülüb

Bakı, 6 aprel, AZƏRTAC

İranın hava hücumundan müdafiə qüvvələrinin dörd zabiti ölkənin mərkəzi hissəsində yerləşən İsfahan şəhəri yaxınlığında bir neçə ABŞ helikopterinin hücumunu dəf edərkən həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Məlumata görə, İsfahan yaxınlığında Amerika helikopterləri ilə baş verən toqquşma zamanı İranın dörd hava hücumundan müdafiə komandiri öldürülüb. Hadisənin təfərrüatları hələlik açıqlanmır.

Избранный
107
3
azertag.az

4Источники