RU

Hörmüz boğazından keçən tankerlərin sayı 90 % azaldı

Fars körfəzi regionunda silahlı qarşıdurma başlayandan sonra Hörmüz boğazından keçən neft tankerlərinin sayı ən azı 90 % azalıb.

Publika.az "Al Hadath" telekanalına istinadən xəbər verir ki, bu barədə Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani bildirib.

"Cari ilin fevralın 28-dən başlayaraq Hörmüz boğazından tanker hərəkətinin həcmi 90 %-dən çox azalıb", - nazir bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazındakı vəziyyət qlobal ərzaq təhlükəsizliyinə və "beynəlxalq hüquq normalarına real təhlükə yaradır".

Избранный
12
1
publika.az

4Источники