RU

Bağdan yumurta axtaranlar radioaktiv element tapdılar

Almaniyanın cənub-qərbində Pasxa yumurtalarının axtarışı zamanı kişilər içərisində polonium olan flakon tapıblar.

Publika.az xəbər verir ki, bu barədə "Das Bild" məlumat yayıb.

Bildoirilib ki, bir gün əvvəl iki alman Vayingen-an-der-Ents şəhərinin kənarındakı bağda üzərində "Polonium-210" yazısı olan qırmızı qapaqlı ağ plastik flakon tapıb. Onun çəkisi təxminən 200 qram olub. Kişilər tapıntı barədə təcili xidmətlərə məlumat veriblər.

Şəhər kənarındakı bağa 41 avtomobillə 138 əməkdaş, o cümlədən radiasiyadan mühafizə tağımı gəlib. Onlar flakonu təhlükəsiz şəkildə ərazidən çıxarıblar. Polis araşdırmaya başlayıb.

Избранный
22
publika.az

1Источники