ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Barselona” futbol klubu şənbə günü səfərdə “Atletiko”nu 2:1 hesabı ilə məğlub etdiyi oyunda iki aparıcı üzvünü itirib.
İdman.Biz xəbər verir ki, müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Mark Bernal zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olublar.
Klubun mətbuat xidməti futbolçuların səhhəti ilə bağlı rəsmi açıqlama yayıb. Arauxonun sol bud nahiyəsində yüngül əzələ zədəsi aşkarlanıb. Uruqvaylı müdafiəçinin vəziyyətinin ciddi olmadığı və onun Çempionlar Liqasında yenidən “Atletiko”ya qarşı keçiriləcək matça hazır olacağı bildirilir.
Mark Bernalın durumu isə nisbətən mürəkkəbdir. Gənc yarımmüdafiəçinin sol topuq nahiyəsində dartılma müəyyən edilib. Klub onun bərpa müddəti ilə bağlı dəqiq vaxt açıqlamayıb və hər şeyin müalicə prosesindən asılı olacağını vurğulayıb.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Barselona” və “Atletiko” arasındakı ilk qarşılaşma aprelin 8-də keçiriləcək.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.