RU

İrana endirilən raket zərbələri nəticəsində 22 nəfər həlak olub

İranın Baharestan əyalətindəki bir kənddə iki yaşayış binasına edilən hücum nəticəsində ən azı 13 nəfər həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
 
Agentlikdən bildirilib ki, xilasedicilər dağıntılar altından 13 nəfərin cəsədini çıxarıblar. Ölü sayının artacağı istisna edilmir.
 
Məlumata görə, hazırda xilasetmə və axtarış işləri davam edir.
 
Dövlət mediası təcili yardım xidmətlərinə istinadən Tehrana edilən hücumda altı uşağın öldüyünü bildirib. İsrail isə Baharestan əyalətinə heç bir zərbə endirilmədiyini bildirib.
 
İrana endirilən zərbələr nəticəsində 22 nəfər həlak olub
 
Qum Vilayət Təhlükəsizlik İdarəsinin rəis müavini bildirib ki, ABŞ-İsrail qüvvələrinin İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məhəlləsinə hücumu nəticəsində ən azı beş nəfər həlak olub.
 
Məlumata görə İran Hava Hücumundan Müdafiə Qüvvələrinin dörd zabiti də İslam Respublikasının mərkəzi hissəsində yerləşən İsfahan şəhəri yaxınlığında bir neçə ABŞ helikopterinin hücumunu dəf edərkən həlak olub.
Избранный
23
moderator.az

1Источники