RU

DİQQƏT! Bir sıra küçə və prospektlərdə hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Bakı. Trend:

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsindənəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təminetmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyatvasitələrinin hərəkəti monitorinq ediləcək.

Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar WUF13Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgətəşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsindəaprelin 11-dən 12-nə keçən gecə Bakı şəhərinin bir sıra küçə vəprospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdətutulur.

Monitorinq Bakı Kristal Zalı, “Fairmont Baku Flame Towers”,“Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Baku”, “TheRitz-Carlton”, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanıolan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstəriləntarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunanistiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativyollardan istifadə etmələri xahiş olunur.

Məhdudiyyətlərin tətbiq olunacağı dəqiq ərazilər və digərməlumatlar növbəti mərhələdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrininhərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilənbir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunubvə uğurla həyata keçirilib.

Избранный
20
27
az.trend.az

10Источники