RU

​Luçesku beyin ölümü keçirib

Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku beyin ölümü keçirib.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Rumıniya mediası çıxış edib.KİV 80 yaşlı məşqçinin bir müddətdir reanimasiyada müalicə aldığını və vəziyyətinin daha da ağırlaşdığını yazıb. Həkimlərin məlumatına görə, təcrübəli mütəxəssis tibbi cihazların dəstəyi ilə həyatda saxlanılır.

Qeyd edək ki, Luçesku martın 29-da milli komandanın düşərgəsində özünü pis hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib. Son açıqlamalarda ürək ritmində ciddi pozuntu yarandığı və müalicəyə cavab vermədiyi vurğulanıb. Hazırda ailəsinin yekun qərarı gözlənilir.

Избранный
35
metbuat.az

1Источники