RU

Dərbənddə bütün kənd su altında qaldı, sakinləri köçürüldü

BAKI, 6 aprel. TELEQRAF

Dərbənd rayonunda su anbarının bəndinin partlaması nəticəsində yaşayış məntəqələrinə su axını səbəbindən təxminən 350 nəfər təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə rayon administrasiyasının Teleqram kanalında məlumat verilib.

“Seldən mühafizə qurğusunun dağılması nəticəsində suyun Mixaylovka, Duzlaq, Zareçnaya, Sulepa, Urqun və Məmmədqala kəndinə axın baş verib. Bələdiyyə sədrinin əmri ilə bu kəndlərin sakinləri əvvəlcədən təxliyə edilib, ümumilikdə 358 nəfər köçürülüb”, - açıqlamada bildirilir.

Məmmədqalada bəndin partlamasından sonra axtarış aparılır. Bütün kənd su altında qalıb. Dərbənd administrasiyasının məlumatına görə, iki nəfər ölüb, yeddi nəfər xilas edilib.

Aprelin 5-də Rusiya Fövqəladə Hallar Nazirliyi Dərbənddə yağan güclü yağışların Gedjux su anbarının torpaq bəndinin partlamasına səbəb olduğunu açıqlamışdı.

Избранный
20
2
teleqraf.com

3Источники