RU

ABL: Pley-in mərhələsində ikinci oyunlar start götürür

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. 

Əvvəlcə "Şəki" "Quba"nı qəbul edəcək. Komandalar arasında baş tutan ilk oyunda "Şəki" 101:89 hesablı qələbə qazanıb. 

Daha sonra isə "Sərhədçi" evdə "Naxçıvan"la qarşılaşacaq. Tərəflərin ilk duelində "Naxçıvan" rəqibini 98:87 hesabı ilə üstələyib.

Pley-in mərhələsinin ikinci oyunları aprelin 7-də yekunlaşacaq.

Qeyd edək ki, cütlüklərdə ilk iki qələbə qazanan komandalar qalib olacaq. İki oyunda tərəflərdən biri digəri üzərində üstünlük əldə edə bilməsə, üçüncü oyun keçiriləcək.

ABL
Pley-in, ikinci oyunlar
6 aprel

14:00. "Şəki" – "Quba"
Şəki. Olimpiya İdman Kompleksi. 
(İlk oyun – 101:89)

19:00. "Sərhədçi" – "Naxçıvan"
Bakı. “Sərhədçi” İdman Mərkəzi. 
(İlk oyun – 87:98)

Daha iki oyun sabah baş tutacaq:

7 aprel

15:00. "Lənkəran" - "Gəncə"
Lənkəran. Olimpiya İdman Kompleksi. 
(İlk oyun - 55:91)

19:00. "Sumqayıt" – NTD
Sumqayıt. Olimpiya İdman Kompleksi. 
(İlk oyun – 107:121) 

Избранный
25
1
fanat.az

2Источники