RU

ABŞ-İsrail hücumları nəticəsində Tehranda 6 uşaq həlak olub

ABŞ-İsrail hücumları nəticəsində Tehranda altı uşaq həlak olub.

Missiya.Az xəbər verir ki, İran dövlət televiziyası Tehran Təcili Yardım Xidmətlərinin məsələ ilə bağlı yazılı açıqlamasını yayımlayıb."Dünən gecə Tehranda mülki şəxsləri hədəf alan hücumlarda 10 yaşdan kiçik dörd qız və iki oğlan həlak olub",-bəyanatda deyilir.

Qeyd edək ki, gecə saatlarında Tehranda həyata keçirilən hücumlarda Baharistan rayonunda 13, Şəhriyar rayonunda 6 və şəhərin şərqində 4 nəfərin öldürüldüyü də bildirilib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
17
missiya.az

1Источники