RU

İranda ABŞ və İsrailin zərbələri nəticəsində ölənlərin sayı 23-ə çatıb - YENİLƏNİB

İranda ABŞ və İsrailin hücumları nəticəsində ölənlərin sayı 23-ə çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında 6 uşaq var.

Bundan əlavə, Qum şəhərinin yaşayış məhəlləsinə edilən hücumlar nəticəsində 5 nəfər, Bəndər Lingə şəhərində isə 6 nəfər həlak olub. Son zərbələrdən sonra ölənlərin ümumi sayı 34-ə çatıb.

ABŞ və İsrail qüvvələrinin Baharıstana (Tehran) hücumu nəticəsində azı 13 nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə "Fars" Xəbər Agentliyi şəhər qubernatoruna istinadən məlumat yayıb.

Qubernatorun sözlərinə görə, ABŞ və İsrail iki yaşayış binasına zərbə endirib.

"İndiyədək xilasetmə qrupları tərəfindən hadisə yerindən 13 şəhid çıxarılıb", - "Fars" qubernatorun sözlərindən sitat gətirib.

Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri davam edir. Ölənlərin sayının artacağı istisna olunmur.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Избранный
5
1
far.az

2Источники