RU

Tehran bütün ölkələrə müraciət etdi

BAKI, 6 aprel. TELEQRAF

“ABŞ və İsrailin İrana hücumu böyük səhv idi, bütün dünya üçün ciddi nəticələrə gətirib çıxarıb”.

Teleqraf xəbər verir ki, bunu İranın ali rəhbərinin Hindistan üzrə xüsusi nümayəndəsi Əbdül Məcid Həkim İlahi deyib.

“Bu, elə başlanğıcdan çox böyük səhv idi. Bu müharibə təkcə İrana qarşı deyil, bütün bəşəriyyətə qarşıdır. Hazırda bir çox ölkələrdə insanlar əziyyət çəkir”, - o bildirib.

İlahi xatırladıb ki, münaqişə səbəbindən qazın, neftin və daşınmaların qiymətləri artıb.

İran rəsmisi dünya ölkələrinin liderlərinə müraciət edərək, ABŞ Prezidenti Donald Trampı hərbi əməliyyatı dayandırmağa inandırmağa çağırıb:

“Bütün ölkələr böyük rol oynaya bilər. Dünya liderlərinin birləşərək Trampa bu müharibəni dayandırmaq çağırışı etməsi zəruridir”.

Избранный
12
3
teleqraf.com

4Источники