RU

Keşlə niyə suyun altında qalıb? MƏSƏLƏ QANUNSUZ TİKİLİLƏR DEYİL

ain.az bildirir, Gununsesi portalına istinadən.

Bakıya yağan aramsız yağışlar növbəti dəfə bir çox qəsəbələri, xüsusilə Keşləni suya qərq edib.

Bu qəsəbədə əksər evlər su altında qaldığı üçün FHN və polis əməkdaşları orada yaşayan insanları təxliyə edib.

Bu arada isə həmin ərazidə yaşayan ictimai xadim Əlövsət Əmirbəyli Keşlə ilə bağlı diqqətçəkən paylaşım edib.

 Gununsesi.info həmin paylaşımı təqdim edir:

“Bilən də, bilməyən də həmin evlərin güya qanunsuz tikili olduqlarından yazır, günahı orada yaşayan sakinlərdə axtarırlar.

Dostlar, Keşlə Bakının ən qədim- 400-500 illik tarixə malik olan qəsəbələrindən biridir.

Uzun illərdi o məhəllədə və Keşlənin digər yerlərində insanlar yurd salıb, ev-eşik sahibi olublar. İndi də insanlar orada yaşayışlarına davam edirlər. Bu günkü hadisənin də həmin evlərin qanunsuz tikili olması ilə heç bir əlaqəsi yoxdur.

Babək prospektindəki Monte Karlo Şadlıq Sarayının arxasında yerləşən Bakı şəhərinin ən böyük ötürücü kollektorlarından biri kanalizasiyalar vasitəsi ilə axan suyun təzyiqinə davam gətirə bilməyib və sıradan çıxıb.

Qeyd edim ki, təxminən 20 il bundan öncə də həmin kollektorda böyük qəza baş vermişdi və orada yaşayan vətəndaşlara böyük maddi zərər dəymişdi.

Son günlər məni ən çox narahat edən davamsız yağan yağışlar deyil, bu yağış sularının axıdılması üçün lazım olan altyapının standartlara uyğun olmamasıdır. Əgər Bakı şəhərinin kommunal sistemində ( tikinti, şəhərsalma və altyapı nəzərdə tutulur) bu cür idarəetmə davam edərsə, qarşıdakı illərdə bizi daha böyük problemlər gözləyir.

Allah betərindən saxlasın!Bu gün Keşlə qəsəbəsində baş vermiş problemin aradan qaldırılmasında fədakarlıq göstərmiş FHN-nin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.

Günay Mahirqızı

 Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
icma.az

1Источники