İranın hava hücumundan müdafiə qüvvələrinin dörd zabiti ölkənin mərkəzi hissəsində yerləşən İsfahan şəhəri yaxınlığında bir neçə ABŞ helikopterinin hücumunu dəf edərkən həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.
Məlumata görə, İsfahan yaxınlığında Amerika helikopterləri ilə baş verən toqquşma zamanı İranın dörd hava hücumundan müdafiə komandiri öldürülüb. Hadisənin təfərrüatları hələlik açıqlanmır.