RU

Narkotik çəkib avtomobil sürdü, tutuldu - VİDEO

Neftçala rayon sakini İsmayıl Hüseynov “BMW” markalı avtomobillə Ələt–Astara avtomagistralında hərəkətdə olarkən Yol Patrul Xidmətinin Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Faktla bağlı İ.Hüseynov barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.

BDYPİ bir daha narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etməklə günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd hərəkətlərə son qoymağı tələb edir və xəbərdarlıq edir ki, bu kimi hallara qarşı ən sərt, qətiyyətli və barışmaz tədbirlər bundan sonra da davam etdiriləcək.


Telegram kanalımız
Избранный
1
6
yenisabah.az

10Источники