RU

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Aprelin 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 13 patron darağı və 366 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Избранный
12
49
metbuat.az

10Источники