RU

WSJ: Bu ölkələr İranı ABŞ ilə danışıqlar masasına gətirməyə çalışır

ABŞ mediası Türkiyə, Misir və Pakistanın müharibəni dayandırmaq və ya atəşkəsi təmin etmək məqsədilə İranı ABŞ-la danışıqlar masasına gətirmək üzərində işlədiyini bildirib.

Turkustan.az xəbər verir ki, "Wall Street Journal" (WSJ) qəzetinin məsələ ilə tanış mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyə, Misir və Pakistandan olan vasitəçilər döyüşləri dayandırmaq və ya müvəqqəti atəşkəs əldə etmək üçün səylərini davam etdirirlər.

Mənbələr Türkiyə, Misir və Pakistanın xarici işlər nazirlərinin İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkovla telefon danışıqları apardıqlarını, lakin heç bir irəliləyiş əldə olunmadığını bildiriblər.

Mənbələr Türkiyə və Misirin potensial danışıqlara ev sahibliyi etmək üçün İstanbul və Qətəri variant kimi nəzərdən keçirdiyini, eyni zamanda Qətərin ABŞ və Yaxın Şərq ölkələri tərəfindən təklif olunan vasitəçi rolunu rədd etdiyini bildiriblər.

Mənbələr İran rəsmilərinin tələblərindən güzəştə getməkdən imtina etdiyini və müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazının yenidən açılması da daxil olmaqla müxtəlif təklifləri rədd etdiyini bildirib.

Mənbələr həmçinin İranın ABŞ-ın müharibəyə son qoymaq tələblərini qəbuledilməz hesab etdiyini və Pakistanın paytaxtı İslamabadda ABŞ rəsmiləri ilə görüşməkdən imtina etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
17
turkustan.az

1Источники