RU

Azərbaycanda qadın və kişilər üçün bərabər maaş məcburi olacaq

Bakı. Trend:

Azərbaycanda iş yerləri cinsindən asılı olmayaraq eyni və yabərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabərəməkhaqqı ödəməyə borclu olacaq.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin bugünkü videokonfrans formatında iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, cinsindən asılı olmayaraq eyni və yabərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabərəməkhaqqının verilməsini təmin etmək əmək münasibətləri sahəsindəişəgötürənin əsas vəzifəsi hesab ediləcək.

İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərlimüxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyəborclu olacaq.

İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasınınxarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarındanəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqlaişəgötürən tərəfindən müəyyən ediləcək.

Избранный
19
28
az.trend.az

10Источники