RU

Turan Talıbov vəzifəsindən azad edildi – Yeni təyinat

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun Maliyyə və mühasibatlıq departamentinin rəhbəri Turan Talıbov vəzifəsindən ayrılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədri Ülvi Mansurov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, T.Talıbov öz istəyilə vəzifəsindən azad olunub.

Məlumata görə, T.Talıbov Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə Baş mühasib vəzifəsinə təyin olunub./iqtisadiyyat.az/

Избранный
23
nocomment.az

1Источники