RU

“Hər gün əlində bıçaqla həyətdə oynayan uşaqlara hücum çəkir” Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Sumqayıtda əlində bıçaq olan yaşlı kişinin binanın həyətində uşaqlara hücum etdiyi deyilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər sakini Qadir Ağakişiyev məlumat yayıb.

Sumqayıt şəhərinin 41-ci məhəllə adlanan hissəsində çəkilmiş videonu paylaşan şikayətçi Ş.Qəmbərov soyadlı şəxsin tez-tez bu əməllərə yol verdiyini bildirib: “2024-ci ildə həyətdə qonşunun azyaşlı uşağına bıçaqla xəsarətlər yetirmişdi, hətta bu məsələni jurnalistlər çəkiliş etdilər. Lakin sonra bu adam sərbəst buraxıldı. Həmin şəxs tək yaşayır. Hər gün əlində bıçaqla həyətdə oynayan uşaqlara hücum çəkir. Evini əxlaqsızlıq yuvasına çevirir, narkomanlar hər gün evindədir”.

Məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini vurğulayın vətəndaşın sözlərinə görə, bu səbəbdən uşaqlarını həyətə belə buraxa bilmirlər.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
qafqazinfo.az

2Источники