RU

ADAU ilə GTU arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində heyət Gürcüstan Texniki Universitetinin (GTU) Kənd Təsərrüfatı Elmləri və Kimya Texnologiyaları fakültəsini ziyarət edərək tədris infrastrukturu və laboratoriya bazası ilə tanış olub.

Nümayəndə heyəti daha sonra universitetin rektoru, akademik Davit Qurgenidze ilə görüş keçirib. Görüşdə kənd təsərrüfatı sahəsində təhsil və elmi tədqiqat əməkdaşlığının genişləndirilməsi, birgə layihələr və mübadilə proqramları müzakirə olunub.

Bildirilib ki, aparılan danışıqlar və imzalanan memorandum iki universitet arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur və birgə təhsil proqramları ilə elmi tədqiqatların inkişafına töhfə verəcək.

Daha sonra Gürcüstan Texniki Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bildirib ki, memorandumun imzalanması iki universitet arasında əməkdaşlığın yeni mərhələsinin təməlini qoyub. Bu, yeni birgə layihələrin, təhsil proqramlarının və elmi tədqiqatların həyata keçirilməsinə güclü təkan verəcək. Həmçinin, iki ölkənin akademik dairələri və ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi və yeni birgə elmi və tədqiqat layihələrinin həyata keçirilməsi üçün ilkin şərt olacaq.

Akademik Davit Qurgenidzenin sözlərinə görə, gələcək əməkdaşlıq kontekstində Azərbaycan Dövlət Aqrar Universiteti ilə imzalanan memorandum bir çox cəhətdən vacibdir və onun həyata keçirilməsi hər iki ölkənin kənd təsərrüfatı sektorunun və iqtisadiyyatının inkişafına töhfə verəcək.

Избранный
4
3
unikal.az

4Источники