RU

Həyət evlərinin qiyməti ucuzlaşacaq

Son günlər Bakı aramsız yağışların təsiri altındadır. 

Yağan güclü yağış paytaxtın bir çox yerində həyatı çətinləşdirib. Ən çox zərər çəkənlər isə həyət evlərində yaşayanlardır. Belə ki, bir çox evlərə yağış və kanalizasiya suları dolub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Xüsusilə Masazır, Xırdalan, Binəqədi, Hövsan, Keşlə və digər ərazilərdə eyni vəziyyət müşahidə olunur.

Bəs bu vəziyyət daşınmaz əmlak bazarına təsir edə və həyət evlərinin qiyməti ucuzlaşa bilərmi?

Əmlak eksperti Elnur Azadov Hit.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyət daşınmaz əmlak bazarında alıcı davranışına ciddi təsir göstərməyə başlayır və bu təsirin nəticələri tədricən üzə çıxacaq: 

395868

“Həyət evi almaq istəyənlər ev seçərkən yalnız qiymətə və ya yerləşməyə deyil, eyni zamanda ərazinin risk faktorlarına da diqqət yetirirlər. Xüsusilə son günlərdə müşahidə olunan subasma halları alıcıları daha ehtiyatlı olmağa vadar edir. Bu səbəbdən kanalizasiya sistemi yaxşı qurulmuş, suyun yığılma ehtimalı az olan və nisbətən hündür ərazilərdə yerləşən evlər daha çox üstünlük qazanacaq”.

Ekspert qeyd edib ki, infrastruktur baxımından zəif olan, yağış və kanalizasiya problemlərinin tez-tez yaşandığı, eləcə də relyefi aşağı olan ərazilərdə yerləşən fərdi evlərə marağın azalacağı gözlənilir:

“Bu isə həmin ərazilərdə qiymətlərə də müəyyən təzyiq yarada bilər. Ümumiyyətlə, bazarda baş verən bu tendensiya bir müddət davam etsə də, gələcəkdə vəziyyətin stabilləşməsi və ya infrastruktur problemlərinin həll olunması ilə alıcıların diqqəti yenidən fərqli istiqamətə yönələ bilər”. 

Günel Cəlilova

Избранный
6
hit.az

1Источники