RU

Qəzzada ölənlərin sayı 72 mini keçdi

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 72.302 nəfərə çatıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, yalnız son 24 saat ərzində bölgədə 7 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb. Bildirilir ki, elan olunan atəşkəsə baxmayaraq, hücumlar davam edir.

Nazirliyin açıqlamasında qeyd olunub ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra da vəziyyət sabitləşməyib. Bu müddət ərzində dağıntılar altından 723 nəfərin meyiti çıxarılıb, 1990 nəfər yaralanıb, ümumilikdə isə 759 cəsəd aşkar edilib.

Ümumilikdə, 2023-cü ilin oktyabrından bu günə qədər hücumlar nəticəsində 172.090 nəfər yaralanıb. Rəsmilər bildirir ki, Qəzza zolağında hələ də minlərlə insanın cəsədinin dağıntılar altında qaldığı ehtimal olunur.

Gülay

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
azxeber.com

2Источники