RU

İsrailin müdafiə naziri: İran liderlərini bir-bir tapacağıq

İranlı rəsmilər bir-bir aradan götürüləcək.

 

“Ynet”in xəbərinə görə, bunu İsrailin müdafiə naziri İsrael Katz SEPAH-ın Kəşfiyyat Təşkilatının rəisi Seyid Məcid Xademinin ölümünə münasibət bildirərkən deyib.

 

“İnqiliab Keşikçiləri (SEPAH) mülki insanlara atəş açır. Biz terrorçuların liderlərini aradan götürürük. İranlı liderlər təqib olunma vəziyyətində yaşayırlar. Biz onları bircə-bircə axtarıb-tapmağa davam edəcəyik”, - Katz vurğulayıb.

 

O əlavə edib ki, İsrail İranın petrokimyəvi sənayesinə və polad istehsalı infrastrukturuna zərbələr endirib.

 

“Bu gün və eləcə də hər gün bunun davamı gələcək”,- müdafiə naziri bildirib.

Избранный
3
8
herbiand.az

9Источники