RU

SEPAH-ın kəşfiyyat rəisi ÖLDÜRÜLDÜ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyat idarəsinin rəhbəri Seyid Məcid Xadəmi bazar ertəsi günü ABŞ və İsrail tərəfindən həyata keçirildiyi bildirilən hava hücumları nəticəsində həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə SEPAH açıqlama yayıb.

Bildirilib ki, general Xadəmi təxminən yarım əsr ərzində İslam inqilabına, dövlət quruluşuna və vətənə sədaqətlə xidmət edib, kəşfiyyat və təhlükəsizlik sahələrinin inkişafına mühüm və uzunmüddətli töhfələr verib.

Açıqlamada vurğulanıb ki, onun formalaşdırdığı irs ölkənin kəşfiyyat icmasının gələcək fəaliyyətində, xüsusilə xarici təhdidlərə və İranın sabitliyini pozmağa yönəlmiş planlara qarşı mübarizədə möhkəm dayaq rolunu oynayacaq.

Избранный
14
far.az

1Источники