RU

Azərbaycanın qeyri-neft ixracı 20%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoruüzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq580,7 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-fevralayında yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞdollarına bərabər olub.

Trend bubarədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi(İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün mart sayına istinadənxəbər verir.

Cari ilin yanvar-fevral aylarında ixrac olunan şəkər ötən ilinmüvafiq dövrünə nəzərən 4,3 dəfə, pambıq iplik 2,6 dəfə, bitki vəheyvan mənşəli piylər və yağlar 2,1 dəfə, alüminium və onlardanhazırlanan məmulatlar 37,4%, pambıq lifi 33,3%, meyvə-tərəvəz32,7%, spirtli və spirtsiz içkilər 10,9%, çay 5,1%, artıb.

2026-cı ilin yanvar-fevral ayında aqrar məhsullar üzrə ixrac34,6% artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarıüzrə ixrac 22% artaraq 52,5 milyon ABŞ dollarına bərabər olub.Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2%artaraq 213,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aidmalların siyahısında qızıl (60.7 milyon ABŞ dolları) birinci olub.Bu siyahıda meşə fındığı (57,4 milyon ABŞ dolları) ikinci, misfilizləri (44,6 milyon ABŞ dolları) isə üçüncü yerdəqərarlaşıb.

2026-ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyri-neftsektoruna aid malların siyahısında meşə fındığı (28.1 milyon ABŞdolları) birinci olub. Bu siyahıda qızıl (27.6 milyon ABŞ dolları)ikinci, mis filizləri (24,1 milyon ABŞ dolları) isə üçüncü yerdəqərarlaşıb.

2026-cı ilin yanvar-fevral aylarında Rusiya Federasiyasına 149.1milyon ABŞ dolları, Türkiyəyə 83.4 milyon ABŞ dolları, Gürcüstana77,2 milyon ABŞ dolları, İsveçrəyə 67,7 milyon ABŞ dolları,Ukraynaya isə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektorunaaid mal ixrac olunub.

2026-ci ilin fevral ayında Rusiya Federasiyasına 72.1 milyon ABŞdolları, Türkiyəyə 52 milyon ABŞ dolları, Gürcüstan 45.6 milyon ABŞdolları, İsveçrə 29,1 milyon ABŞ dolları, Qazaxıstan isə 13,9milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixracedilib.

2026-cı ilin yanvar - fevral ayı üzrə hazırlanmış qeyri-dövlətixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərtəmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani LimitedŞirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,“AGRARCO”MMC, "Prime Cotton” MMC,"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC,"Baku Steel Company" QSC, "PRİME LM" Məhdud Məsuliyyətli Cəmiyyəti,"P-AQRO" MMC,"KHAN-EL" MMC, "MORS TRADİNG" MMC,"STP ALÜMİNİUM"MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıqedir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:"SOCAR POLYMER" MMC,"AZƏRALÜMİNİUM" MMC, Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin "Marketinq Və İqtisadi Əməliyyatlar"İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,AzərbaycanRespublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Socar Cape"MMC,"Sənayecihaz" EİM,"İstisu" Mineral Su Zavodu" MəhdudMəsuliyyətli Cəmiyyəti,"Qaradağ Şüşə Zavodu" ASC.

2026-cı ilin yanvar - fevral ayında Azərbaycan RespublikasınınKosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 3milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləriixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlironun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracınınilk beşliyində 710,4 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 545.4min ABŞ dolları ilə Lüksemburq, 374,4 min ABŞ dolları ilə İsveç,162 min ABŞ dolları ilə Türkiyə, 152,5 min ABŞ dolları ilə Pakistanqərarlaşıb.

Məqalədə:
Избранный
7
5
az.trend.az

10Источники