RU

Azərbaycan Gürcüstan üçün vacib tərəfdaşdır

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycan Gürcüstan üçün ən vacib tərəfdaşlardan biridir”.

Bunu AZXEBER.COM-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr Gürcüstanın iqtisadi rolunu tam dəyişdirib:

"Hər il 2 milyard kubmetrdən artıq qazla, həmçinin neft və neft məhsulları ilə enerji təhlükəsizliyini dəstəkləyir.

Üstəlik, bütün bunlar sabit və bazar üçün qəbul edilən qiymətlərlə həyata keçirilir

Amma məsələ təkcə satış bitmir. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr Gürcüstanın iqtisadi rolunu tam dəyişdirib. Bakı-Tbilisi-Ceyhan boru kəməri Gürcüstanı tranzit ölkədən enerji qovşağına çevirdi. Cənub Qaz Dəhlizi bu ölkəyə Avropaya açılan strateji enerji marşrutu qazandırdı. 

Bakı-Tbilisi-Qars dəmir yolu regionun logistika xəritəsində onun yerini gücləndirdi. 

Bakı-Supsa xətti Qara dəniz üzərindən çıxış imkanı yaratdı

Yaşıl enerji və elektrik ötürücü layihələri yeni nəsil enerji əməkdaşlığı üçün platforma formalaşdırdı”.

İqtisadçı qeyd edib ki, Gürcüstan Azərbaycanla əməkdaşlıq sayəsində sabit gəlir mənbələri əldə etdi:

"Gürcüstan Azərbaycanla əməkdaşlıq sayəsində tranzit ölkədən regional enerji və logistika mərkəzinə çevrildi. Sabit gəlir mənbələri əldə etdi. Geosiyasi əhəmiyyətini artırdı. Avropa ilə iqtisadi inteqrasiyasını gücləndirdi

Deməli, bu münasibətlər sadəcə qonşuluq məsələsini ehtiva etmir, burada qarşılıqlıqlı daha strateji məqamlar var”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
1
azxeber.com

2Источники