RU

Azərbaycanın aqrar məhsul ixracı 34%-dən çox artıb

BAKI, 6 aprel. TELEQRAF

2026-cı ilin yanvar-fevral ayında Azərbaycanda aqrar məhsullar üzrə ixrac 34,6% artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 22% artaraq 52,5 milyon ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”da qeyd edilib.

Məlumata görə, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2% artaraq 213,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (60.7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (57,4 milyon ABŞ dolları) ikinci, mis filizləri (44,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Избранный
6
teleqraf.com

1Источники