RU

ABŞ və İran 45 günlük atəşkəs razılığına gəlməyə çalışırlar

ABŞ və İran, regional vasitəçilər qrupunun iştirakı ilə, müharibəyə son qoya biləcək 45 günlük atəşkəs şərtlərini müzakirə edirlər. Oxuməni.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən yazıb.

Nəşrin həmsöhbətləri hesab edirlər ki, yaxın 48 saat ərzində razılığa gəlmək şansları azdır, lakin bu, müharibənin ciddi eskalasiyasından qaçmaq üçün son cəhddir.

Mənbələrə görə, ABŞ və İsrail İranın enerji obyektlərinə kütləvi zərbələr planı hazırlayıb. Nəşrə görə, cavab olaraq İran Fars körfəzi ölkələrinin enerji obyektlərinə zərbələr endirəcək. “Axios”-un həmsöhbətləri qeyd edirlər ki, Tramp İrana razılığa gəlmək üçün son şans vermək məqsədi ilə ultimatum müddətini uzadıb. Aprelin 5-i axşamı Tramp heç bir açıqlama olmadan bir paylaşım edib: "Çərşənbə axşamı, Şərq vaxtı ilə 20:00 (8 aprel, Bakı vaxtı ilə 04:00 – red.)".

Pakistan, Misir və Türkiyə danışıqlarda vasitəçi kimi iştirak edirlər. Danışıqlar həmçinin Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və İran Xarici İşlər Naziri Abbas Əraqçi arasında yazışmalar vasitəsilə aparılır. Mənbələrdən birinin məlumatına görə, son günlərdə Tramp administrasiyası İrana bir neçə təklif göndərib, lakin Tehran hələlik heç birini qəbul etməyib.

Aprelin 4-də Tramp bəyan etdi ki, əgər Tehran razılığa gəlməsə və Hörmüz boğazını açmasa, iki gün sonra İrana "cəhənnəm yağacaq". Növbəti gün ABŞ prezidenti daha sərt bir paylaşım edərək, İran rəhbərlərini "dəli it balaları" adlandırıb və əgər Hörmüz boğazını açmasalar, "cəhənnəmdə yaşayacaqlarını" bildirib.

Almaz Həsənli

Избранный
35
oxumeni.az

1Источники