RU

Ultimatum və müharibə ilə müzakirənin uyğunluğu yoxdur – İran XİN

Bakı. Trend:

İranın qənaətincə ultimatum və müharibə ilə müzakirənin heç biruyğunluğu yoxdur.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (6 aprel) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, İran vasitəçilər vasitəsi ilə İrana elanolunan 15 maddəlik plan haqda öz mövqeyini şəffaf şəkildə bildiribvə qeyri-məntiqli olduğunu qeyd edib.

Bəqai bildirib ki, İran öz mənafeyinə uyğun olaraq tələblərinitənzimləyib.

İran rəsmisi qeyd edib ki, İranın mövqeyi vasitəçilər tərəfindənqarşı tərəfə çatdırılmaqdadır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Избранный
22
az.trend.az

1Источники