RU

"AtaSığorta" 2 milyon zərər etdi, yığımları kəskin azaldı

"AtaSığorta" 2 milyon zərər etdi, yığımları kəskin azaldı

"AtaSığorta” ASC-nin sığorta yığımlarında ciddi azalma qeydə alınıb.

AFN.az Valyuta.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk 2 ayında şirkət cəmi 2 min manat sığorta yığımı həyata keçirib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 702 min manat olub.

Beləliklə, illik müqayisədə yığımlar 1 milyon 700 min manat və ya 99,88% azalıb.

Ödənişlərə gəldikdə isə, cari ilin ilk iki ayında şirkət 1 milyon 345 min manat ödəniş edib. Ötən ilin eyni dövründə bu rəqəm 687 min manat təşkil edib. Bu isə illik müqayisədə 658 min manat və ya 95,77% artım deməkdir.

Yığımların kəskin azalması fonunda ödənişlərin artması şirkətin zərərliliyinə birbaşa təsir göstərib. Belə ki, 2026-cı ilin yanvar ayında şirkət hər 100 manat yığımın 67,25 manatını ödənişlərə yönəldib. Ötən ilin eyni dövründə bu göstərici 40,36 manat olub.

Ekspertlər qeyd edirlər ki, sığorta yığımlarının bu dərəcədə minimal səviyyəyə düşməsi şirkətin bazardakı aktivliyi və gələcək fəaliyyəti ilə bağlı ciddi suallar doğurur.

Избранный
10
3
afn.az

4Источники