RU

İran ABŞ-ın  atəşkəs təklifini rədd etdi

İran ABŞ-ın Hörmüz boğazının açılmasına cavab olaraq atəşkəs təklifini rədd etdi
İran Hörmüz boğazının açılmasına cavab olaraq ABŞ-ın müvəqqəti atəşkəs təklifini rədd edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan, Türkiyə və Misirdən olan vasitəçilər danışıqları irəli aparmağa çalışırlar, lakin Tehran Vaşinqtonun tələblərini qəbuledilməz hesab edir.

Qəzet qeyd edir ki, “İran hesab edir ki, ABŞ heç bir tələb irəli sürmək iqtidarında deyil”.

WSJ xəbər verir ki, Tehran rəsmiləri İslamabadda amerikalı həmkarları ilə birbaşa görüş keçirməkdən də imtina ediblər.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Tehrana çərşənbə axşamı gününə qədər Hörmüz boğazını açmaq üçün ultimatum vermiş və bunu etmədiyi təqdirdə İranın enerji infrastrukturuna hücum edəcəyi ilə hədələmişdi.

Избранный
14
veteninfo.az

1Источники