RU

Canımız, qəlbimiz, yoxsa sevdiklərimiz?

Məncə, canımız da, qəlbimiz də elə sevdiklərimizdir.
Canımız ağrıyanda da sevdiklərimizi unutmuruq, əksinə, onları yanımızda görmək istəyirik. Bunun səbəbini bir Yaradan bilir — canımızı, qəlbimizi, ömrümüzü yaradan...
Bizim bildiyimiz isə çox azdır...
Sadəcə arzuladığımız, düşündüklərimiz, hisslərimiz var...
Yaşam dünyasında şükür etmək xoşbəxtliyin açarıdır.
Sevdiklərimizin daim yanında olmaq o qədər xoşdur ki... Bunun izahını vermək üçün söz ehtiyatı bəzən yetərli olmur.
Niyə görəsən?
Məncə, qəlbimizin bu möhtəşəm təzahürünü izah etmək qabiliyyəti hələ tam dərk edilməyib... Bəlkə də heç edilməyəcək. Çünki bu çox fərdidir...
Biz ümumiyik, amma eyni zamanda təkik.
Misilsiz qəlblər  saysız-hesabsız duyğuların məskənidir. Və bizi birləşdirən nədir? — Canımız və sevdiklərimiz.
Hər günümüzün problemləri doğrudanmı bu qədər böyükdür?
Onların hər biri zamanla həll olunur. Əsas odur ki, problemləri özümüzə dərd etməyək. Sevdiklərimizin problemlərini də eyni şəkildə...
Dərd etmək heç nəyi həll etmir.
Həyatın anlamını qəbul etmək qəlbimizə rahatlıq gətirsin.
Sevdiklərimiz daim yanımızda olsun.
Sevək, sevilək...
Canımız ağrımasın, ürəyimiz sevinsin.
         

Sənubər Səhər


Избранный
15
azia.az

1Источники