RU

Ermənistan ordusunu bit basıb, əsgərlər vəhşi tayfalar kimi yaşayır – Erməni deputatdan ŞOK İTTİHAM

Ermənistan ordusunda əsgərlər həftədə bir dəfə çimir, gigiyena böhranı hökm sürür.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Ermənistan parlamentinin üzvü Hayk Sarkisyan ölkə ordusundakı mövcud vəziyyəti kəskin tənqid edib. Deputat orduda əsgərlərin gigiyena şəraitinin bərbad durumda olduğunu bildirərək, bunu “vəhşi tayfalar”dakı vəziyyətlə müqayisə edib.

Sarkisyan iddia edib ki, iki ildir bu məsələ ilə bağlı müdafiə nazirinə müraciət edərək əsgərlər üçün elementar şəraitin yaradılmasını tələb etsə də, heç bir nəticə əldə olunmayıb.

“Ordu çirk, bit və tam gigiyena çatışmazlığı içindədir – onların qurduğu reallıq budur”, – deputat vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
62
interpress.az

1Источники