RU

İran MAQATE-ni hərəkətsizlikdə ittihamETDİ

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin hərəkətsizliyi Buşehr Atom Elektrik Stansiyası kimi nüvə obyektlərinə qarşı “təcavüzü alovlandırır”.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Məlumatda bildirilib ki, bu açıqlama 6 apreldə Məhəmməd Eslami tərəfindən Rafael Qrossiyə ünvanlanan məktubda verilib.

Eslami bildirib ki, İranın yeganə fəaliyyətdə olan nüvə elektrik stansiyasına artıq dörd dəfə hücum edilib və aprelin 4-də baş verən son hücum zamanı bir mühafizəçi həlak olub, bir neçə nəfər isə yaralanıb.

O xəbərdarlıq edib ki, bu cür hücumlar fəaliyyətdə olan reaktordan radioaktiv materialların yayılmasına səbəb ola bilər ki, bu da insanlar, ətraf mühit və qonşu ölkələr üçün “geri dönməz nəticələrə” yol açar.

Eslami hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb və agentliyin “qətiyyətli tədbir görməməsini” tənqid edərək, sadəcə narahatlıq ifadə etməyin kifayət olmadığını, əksinə, daha çox hücumlara səbəb ola biləcəyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
22
1
redaktor.az

2Источники