Gürcüstanda siyasi sabitlik mövcuddur və bunun təminatçısı gürcü xalqı və hökumətin apardığı siyasətdir. Bunu Prezident İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında 2025-ci il üzrə ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. Bu ilin ilk rübündə artım davam edir və ilin sonuna qədər ticarət dövriyyəsinin təxminən 1 milyard dollara çatacağı gözlənilir.
Prezident həmçinin Gürcüstanda mövcud olan müsbət investisiya iqliminin Azərbaycan sərmayədarlarını həvəsləndirdiyini vurğulayıb.
"Bu günədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə yatırılıb", - Əliyev deyib.
O əlavə edib ki, hər iki ölkə yeni investisiya layihələri üzrə fikir mübadiləsi aparıb və gələcəkdə üçüncü ölkələrə birgə sərmayə qoyuluşu da nəzərdən keçirilə bilər.
Gülnar Nazimqızı