RU

Peskov: Rusiya Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına münasibət bildirmir

Rusiya tərəfi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarını və İrana qarşı təhdidlərini görüblər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Biz bu açıqlamaları gördük. Onlara münasibət bildirməməyi üstün tuturuq", - deyə o, vurğulayıb.

Tramp əvvəllər İranı 7 aprelə qədər Hörmüz boğazını açmadığı təqdirdə enerji və mülki infrastruktur obyektlərinə zərbələr endirməklə hədələmişdi.

Trampın təhdidlərinə cavab olaraq İran prezidentinin aparat rəhbərinin müavini Mehdi Təbatəbai boğazın yalnız dəyən maliyyə ziyanı "tam kompensasiya edildikdən" sonra tam açılacağını bildirib.

Избранный
12
ikisahil.az

1Источники