RU

Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonasında Starlink-in alternativini almağa başlayıb

Rusiya Silahlı Qüvvələri Starlink sistemlərinə çıxışı itirdikdən sonra xüsusi hərbi əməliyyat zonasında alternativ peyk rabitə həllərindən istifadə etməyə başlayıb.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirinin müşaviri və “Fleş” ləqəbli Sergey Beskrestnov məlumat verib.

O, Ukrayna kəşfiyyat məlumatlarına istinadən Rusiya Silahlı Qüvvələrinin çoxlu sayda kompakt “Spirit-030” terminalları almağa başladığını deyib. Beskrestnovun sözlərinə görə, bu peyk rabitə sistemləri əvvəllər Rusiya ordusu tərəfindən istifadə olunub, lakin əvvəlki sistemlər daha böyük idi və bu da onları aşkarlamağı və məhv etməyi asanlaşdırırdı.

Beskrestnov deyib ki, yeni cihazlar xeyli kiçikdir. Belə ki, antenanın diametri əvvəlki 90 santimetrdən təxminən 30 santimetr azdır. Bundan əlavə, “Spirit-030” geostasionar orbitdə peyklər vasitəsilə məlumatları etibarlı şəkildə ötürməyə qadirdir.

“Spirit-030” terminalları barədə məlumat ilk dəfə 2025-ci ilin yayında bildirilib. “Rossiyskaya qazeta”nın məlumatına görə, aparat mobil peyk rabitəsi sahəsində tamamilə Rusiya istehsalıdır və sahə şəraitində istifadə üçün nəzərdə tutulub. O, funksionallıq baxımından Rusiya texnologiyasına uyğunlaşdırılıb və Starlink-ə bənzəyir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
15
herbiand.az

1Источники