BAKI, 6 aprel. TELEQRAF
“Türk Axını” qaz kəmərinin Avropa hissəsinə edilən hücumlarla bağlı vəziyyət son dərəcə təhlükəlidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Kremlin sözçüsü Serbiyada qaz boru kəmərindən bir neçə yüz metr aralıda partlayıcı maddələr və detonatorların tapılmasına şərh verərkən bildirib:
“Vəziyyət potensial olaraq çox təhlükəlidir. Həm “Türk Axını”, həm də “Mavi Axın” infrastrukturunun müxtəlif hissələri dəfələrlə hücuma məruz qalıb, onlara Kiyev rejimi (Ukrayna hakimiyyətini nəzərdə tutur – red.) tərəfindən hücum edilib”.
Peskov ümid edir ki, Ankara Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Türk Axını” və “Mavi Axın”na hücumların qəbuledilməzliyini çatdırıb:
Kremlin sözçüsü qeyd edib ki, Rusiya Budapeşt və Belqradın Avropa ərazisindəki qaz boru kəmərlərinə təhlükəni minimuma endirmək üçün tədbirlər görəcəyinə ümid edir.
“Həmçinin ümid edirik ki, Ankarada Zelenski ilə son təmaslar zamanı ona boru kəmərlərinin infrastrukturuna qarşı bu cür aqressiv hərəkətlərin qəbuledilməzliyi barədə məlumat verilib”, - Peskov əlavə edib.