RU

Nizami KM-dakı qrafiti davası: “Zalda tamaşaçı palto ilə oturur”

Nizami Kino Mərkəzinin üzərinə çəkilmiş qrafiti ilk deyil, dəfələrlə oraya şəkillər çəkilib, yazılar yazılıb. Üstündən biraz keşmiş rəhbərlik oranı rəngləyib. Yaxşı olar ki, bir dəfə də mərkəzin içindəki problemləri həll etsinlər. Tamaşaçı zalda palto ilə oturur.


Tribuna.az xəbər verir ki, sözləri rejissor Fehruz Şəmiyev deyib. O bildirib ki, mərkəzin içində daha çox problem var:
“İki ildən bir Nizami Kino Mərkəzinin divarları rənglənir. Düzdür, bu o demək deyil ki, o uşaqlara bir söz demək olmaz və onlar həftə səkikiz mən doqquz gedib oranı yazmalıdırlar, əsla. O uşaqlar səhv edib və onların cəzası verilməlidir.
Amma 17-20 yaşlı gənclərə bu qədər sərt (4 ay həbs) cəza qətiyyən yolverilməzdir.
Nizami Kino Mərkəzi bəlkə də iki ildən bir rənglənir. Son dəfə ele COP tədbirinə görə rəngləmişdilər.
Əsas məsələ Nizami Kino Mərkəzinin qışda soyuq zallarında keçirilən premyeralardan, tədbirlərdən, köhnə -lampalarının vaxtı keçmiş proyektorundan danışan yoxdur.
Filmə baxamağa gələnlər zalda paltoyla oturur, nəfəsiylə zalı da, özünü də qızdırmağa çalışır.
Ümid edirəm gələn həftə Nizami KM-nin çölü yox, içindəki problemlər müzakirə olunar”.
Избранный
18
yenilik.az

1Источники