RU

Ukrayna ordusu İsveçdən müasir Tridon Mk2 HHM sistemləri alacaq

Ukrayna Müdafiə Qüvvələri İsveçdən müasir Tridon Mk2 hava hücumundan müdafiə sistemləri alacaq. Sistem Ukraynanın hava hücumundan müdafiə qüvvələrinə Rusiyanın “Shahed” raketləri və digər hava təhdidləri ilə mübarizədə kömək edəcək.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat verib.

Qeyd edilib ki, İsveç onların alınması üçün 400 milyon avro ayıracaq.  Bu da fevral ayında elan edilən yeni 1,2 milyard avroluq hərbi yardım paketinin təxminən üçdə biridir.

Nazirlik qeyd edib ki, Tridon MK2 mobil orta mənzilli hava hücumundan müdafiə sistemidir və ilk dəfə 2024-cü ildə təqdim edilib: “O, bütün hava şəraitində gecə və gündüz işləyir. Üstünlüklərindən biri atışın nisbətən ucuz olmasıdır. Tridon MK2 12 km-ə qədər məsafədəki hədəfləri vurmaq, dəqiqədə 300-ə qədər atəş açmaq qabiliyyətinə malik 40 mm-lik Bofors 40 Mk4 avtomatik topu ilə silahlanıb. Sistem atəş sürətini dəqiqədə 200-ə qədər azaltmağa imkan verir ki, bu da sursatı qoruyur və onu konkret atəş tapşırıqlarına uyğunlaşdırır”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
8
herbiand.az

1Источники