RU

Kreml Trampın Hörmüz boğazını açması üçün İranın ünvanına səsləndirdiyi fikirləri şərh etməyib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

"Biz bu bəyanatları görmüşük, amma onlara şərh verməməyi üstün tuturuq".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını açması üçün İranın ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, hazırda regionda gərginlik artmaqda davam edir.

"Faktiki olaraq, bütün region alov içindədir. Bunların hamısı İrana qarşı törədilən təcavüzün çox təhlükəli və mənfi nəticələridir. Bu münaqişənin coğrafiyası genişlənib. İndi isə hamımız yaşadığımız nəticələrin, o cümlədən qlobal iqtisadiyyat üçün çox mənfi nəticələrin fərqindəyik. Əslində, döyüşlər başlamazdan əvvəl belə nəticələrin qaçılmaz olduğu barədə xəbərdarlıq etmişdik", - Peskov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
apa.az

2Источники