RU

Qardaşın ailəmə dil uzatdı dedi, bacanağını vurdu

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sumqayıt şəhərində 43 yaşlı kişi bacanağına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonda baş verib. 1983-cü il təvəllüdlü Adnan aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Davudu döyüb.Adnanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Adnan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Davud onun bacanağıdır:“Bacanağımın qardaşı Cəmil mənimlə eyni zavodda işləyir. Mən Etibar adlı işçidən Cəmilin mənim ailəm barədə nalayiq sözlər işlətməsini öyrəndim və bu barədə onun qardaşı Davudla danışdım. Davud qardaşının elə bir söz demədiyini bildirdi. Həmçinin, bu məsələni Cəmillə də danışdım. O, ailəm barədə heç bir nalayiq söz işlətmədiyini bildirdi”. Adnan qeyd edib ki, məlum hadisə baş verən gün Davuda zəng edib və görüşmək istədiyini bildirib: “Davud işdən çıxdıqdan sonra 9-cu mikrorayon ərazisində görüşdük. Söhbət zamanı ona qardaşının barəmdə nalayiq ifadələr işlətdiyini bildirdim və əsəbləşərək yumruqla onun sol gözaltı nahiyyəsinə zərbə endirdim. Bu zaman Davud arxaya doğru getdi. O, barəmdə şikayət edəcəyini bildirdi. Davudla aramızdakı münaqişə 5-6 dəqiqə davam etdi və səs-küy yaranmadığı üçün ətrafdakı heç kim baş verən münaqişəyə müdaxilə etmədi. Daha sonra Davud barəmdə polis bölməsinə şikayət etdi”.Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını. ona dəymiş ziyanı ödədiyini bildirib. Zərərçəkmiş Davud ifadəsində göstərib ki, Adnan hazırda işə baxılan hadisədən təxminən bir ay öncə onun yanına gəlib və qardaşının onun anası haqqında xoşagəlməz sözlər dediyini bildirib: “Mən isə qardaşımın Davudun ailəsini ümumiyyətlə tanımadığını, onun haqqında heç nə söyləmədiyini bildirdim. Hadisə baş verən gün Adnan mənə zəng edərək görüşmək istədiyini bildirdi. İşdən çıxdıqdan sonra Adnanla görüşdük və aramızda baş vermiş mübahisə zamanı o, qəfil sol gözaltı nahiyəmə yumruqla zərbə endirdi”. Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, ona dəymiş ziyanı ödəməsini nəzərə alıb.  Bu səbəbdən də Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
demokrat.az

1Источники