Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Qarabağ"ın qarşıdakı matça neçə itki ilə çıxacağı dəqiqləşib.
Fanat.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Misli Premyer Liqasının 26-cı turu çərçivəsində "Karvan-Yevlax"ı qəbul edəcək "köhlənlər"in baş məşqçisi Qurban Qurbanov yalnız bir futbolçunun xidmətindən məhrumdur.
Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Heyətdə cəzalı oyunçu yoxdur.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Karvan-Yevlax" qarşılaşması 19:00-da başlayacaq.
Toğrul
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.