RU

Yaxın Şərqdəki münaqişənin sülh yolu ilə həlli vacibdir Qətərin Baş naziri

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ispan həmkarı Xose Manuel Albarez ilə telefon danışığında Yaxın Şərqdə davam edən münaqişənin “dinc yolla” həll edilməsinin vacibliyini vurğulayıb və hərbi eskalasiyanın “ciddi nəticələri” barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi X hesabında yazıb.

Nazirlik bildirib ki, hər iki rəsmi Qətərə və regiondakı digər ölkələrə qarşı “İranın ədalətsiz təcavüzünün dayandırılmasının” vacibliyini bir daha vurğulayıb.

Qətər xarici işlər naziri həmçinin birgə səylərin gücləndirilməsinin, danışıqlar masasına qayıtmağın və böhranı həll etməyin, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinin, naviqasiya azadlığının, ətraf mühitin təhlükəsizliyinin və regional sabitliyin qorunmasının vacibliyini qeyd edib.

Albarez isə ölkəsinin Qətərlə həmrəyliyini ifadə edərək “gərginliyin azaldılmasının, mülki infrastrukturun və obyektlərin qorunmasının və enerji sektorunun təhlükəsizliyinin təmin edilməsinin” vacibliyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
redaktor.az

2Источники