RU

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

Bakı. Trend:

ABB və Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasındaəməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə müvəkkil kredit təşkilatıvasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştlikreditlərin verilməsini nəzərdə tutur.

Müqaviləyə ABB-nin İdarə Heyəti sədrinin müavini NərgizxanımBiləndərli və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarəHeyətinin sədri Samir Axundov imza atıb.

ABB ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin buəməkdaşlığı ölkəmizdə müvafiq Fondun vəsaiti hesabına enerjieffektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqiməqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur.

Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrətədbirlərin təşviqi və geniş müştəri kütləsinin, o cümlədən kiçikvə orta sahibkarlıq subyektlərinin bu imkanlardan faydalanmasıməqsədilə illik 5 faiz dərəcəsi ilə 15 ilədək müddətə, 10 mln.AZN-dək məbləğdə güzəştli kreditlərin verilməsi imkanınınyaradılması barədə razılığa gəliblər.

Həmçinin güzəştli kreditlərin verilməsi, onların şərtləri,uçotunun aparılması, təyinatı üzrə istifadəsinə nəzarət(monitorinq), geri qaytarılması, eləcə də müvəkkil kredittəşkilatının Agentlik qarşısında hesabatlılığı ilə bağlımünasibətlərin tənzimlənməsi məsələləri də razılaşdırılıb.

Xatırladaq ki, Enerji effektivliyi fondu Azərbaycan RespublikasıPrezidentinin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb.Fondun vəsaitlərinin idarə olunmasını Enerji MəsələləriniTənzimləmə Agentliyi həyata keçirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internetsəhifəsi https://abb-bank.az/,937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindənəldə etmək mümkündür.

Избранный
63
9
az.trend.az

10Источники