RU

Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü

Dövlət qurumları Sumqayıtda körpə övladının dəfni zamanı Tiktok-da canlı yayım açan, cənazəni qucağına alaraq videolar çəkən, bunları sosial şəbəkələrdə yayan ailəni nəzarətə götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə Yeni Sabah-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, Sumqayıt şəhərində baş verən hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb və diqqətdə saxlanılır. “Hadisə baş verən ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də yerli icra hakimiyyəti və Bələdiyyə nümayəndələri tərəfindən yerində baxış keçirilib. Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb. Məlumat olub ki, hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Eyni zamanda qeyd olunur ki, baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır. Qeyd edim ki, aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir. Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”. Sumqayıt Şəhər İcra Hakimiyyəti də məsələyə müdaxilə edib. Qurumdan bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb: “Sumqayıt şəhərində çoxuşaqlı ailə ilə bağlı yayılan məlumatlara münasibət olaraq bildiririk ki, məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətə götürülmüş və aidiyyəti qurumlarla birgə araşdırılıb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır. Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilmiş, mənzil-məişət şəraiti yerində qiymətləndirilib. Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək”.

Избранный
10
7
buta.tv

10Источники