RU

Azərbaycan çempionatının oyunu 1 saat gec başladı - SƏBƏB

Bu gün Azərbaycan II Liqasında XXI tur start götürüb. Turun ilk günündə iki oyun keçirilir. Hər iki qarşılaşma saat 15:30-da start götürməli idi. “Göygöl” - “Ağdaş” matçı nəzərdə tutulan vaxtda başlasa da, bu oyunla eyni vaxtda başlamalı olan “Araz Saatlı” – “Ağstafa Gəncləri” görüşünün startı 1 saat ləngiyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb İmişli təmsilçisinin oyunu əsasnaməyə oyğun təşkil edə bilməməsi olub. Konkret, təcili tibbi yardım stadiona vaxtında gəlmədiyi üçün AFFA nümayəndəsi oyunun başlamasını ləngidib.

Peşəkar Futbol Liqasından məlumat təsdiqlənib.

Mirağa

Избранный
6
2
fanat.az

3Источники